''GEO OK VORK'' MMC - şirkət kimi 2020-cı ildən fəaliyyətə başlayıb. İlk olaraq Mühəndisi-Geoloji tədqiqatlarla və Geotexniki məsləhətlərlə məşğul olan şirkət, zaman keçdikcə fəaliyyətini daha da genişləndirmiş və qısa müddət ərzində Geotexnika sektorunda qabaqcıl yerlərdən birini tutmuşdur.
Şirkət Azərbaycan Respublikası və Xəzər Regionunda ən yüksək təhlükəsizlik standartlarına, ixtisaslaşmış işçi qüvvəsinə malikdir və dənizdə geotexniki tədqiqatlar aparan şirkətdir. Mütəxəssislərimiz öz sahələri üzrə yüksək təcrübəyə və nəzəri biliklərə malikdirlər. Onların əksəriyyəti yerli və beynəlxalq layihələrdə çalışmış mütəxəssislərdir. Biz müştərilərimiz arasında fərq qoymadan, kiçik səhmdar müəssisələrindən tutmuş, böyük dövlət qurumlarına qədər bütün müştərilərimizə müvəffəqiyyətlə xidmət edirk və dəyər veririk.
Missiyamız: Gənc, təcrübəli və dinamik bir qrupun rəhbərliyi ilə yeni texnologiyalar və texnika tətbiq etməklə peşakar və keyfiyyətli xidmət göstərməklə müştərilərin bir nömrəli seçimi olaraq qalmaq.
Hədəfimiz: Gələcək nəsillər üçün ətraf mühiti qorumaq və Geotexniki tədqiqatların ən yaxşı, dəqiq, düzgün xidmət göstərəni olaraq tanınmaq.
''GEO OK VORK'' MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən alınmış İN/L – 494/2020 qeydiyyat nömrəsi olan lisenziyası və Azərbaycan Respublikası Akkreditasiya Mərkəzinin № AZ 01.0684.01.22 saylı Akkreditasiya Attestatı əsasında fəaliyyət göstərir.